featured-image-66446

Qazaxıstanın Konayev şəhərində keçirilən “Qonaev City Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.

Msport.az xəbər verir ki, “Sabah”ın U-14 komandası turnirin yarımfinal mərhələsində yerli “Ceyran” klubunu böyük hesabla məğlub edib – 9:0.

İlqar Mənsimovun baş məşqçisi olduğu Bakı təmsilçisi finalda Qazaxıstanın OSDYŞ komandasına da eyni hesabla (9:0) qalib gələrək, turniri çempion kimi başa vurub.

 

“Qonaev City Cup”

Yarımfinal

“Ceyran” – “Sabah” – 0:9

Qollar: Əli Hacıyev (4), Murad Məmmədzadə (4), Həsən Məhmədov

 

Final

“Sabah” – “OSDYŞ Konayev” – 9:0

Qollar: Murad Məmmədov (4), Həsən Ramazanov, Ülvi Əlizadə (2), Həsən Məhmədov, Oruc Nəcəfli

Bənzər xəbərlər