featured-image-79296
Çempionlar Liqasına hazırlaşan “Sabah” heyətinə yeni futbolçu cəlb edib.
Msport.az xəbər verir ki, paytaxt klubu Rodriqo Fernandeşlə anlaşıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.  Fernandeş son olaraq “Şamaxı” klubunun şərəfini qoruyub.
O, ötən mövsüm Azərbaycan Premyer Liqasında cəmi 5 oyunda meydana çıxıb.
“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.

Bənzər xəbərlər