"Sabah" səfərdə, "Zirə" evdə qalib gəldi
Azərbaycan Premyer Liqasında 30-cu tur davam edir.
Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Ötən tur çempionluğunu rəsmiləşdirən “Sabah” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Qəsəbə təmsilçisi 3 cavabsız qolla qalib gəlib.
Günün digər matçında “Zirə” “Qəbələ” ilə qarşılaşıb. “Zirə” yeganə qol sayəsində aktivinə 3 xal yazdırıb.
2 may (şənbə)
“Araz-Naxçıvan” – “İmişli” – 0:1
“Kəpəz” – “Sumqayıt” – 2:1
3 may (bazar)
“Şamaxı” – “Sabah” – 0:3
Şamaxı şəhər stadionu
“Zirə” – “Qəbələ” – 1:0
Zirə İdman Kompleksi
4 may (bazar ertəsi)
19:30. “Qarabağ” – “Turan Tovuz”
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” – “Neftçi”







