featured-image-62033

Ötən yay “Qarabağ”dan ayrılan gürcüstanlı qapıçı Luka Quqeşaşvili komandasını dəyişə bilər.

Msport.az xəbər verir ki, hazırda “Panserraikos”da çıxış edən 25 yaşlı qolkiperin PAOK-a keçidi gündəmdədir.

Saloniki təmsilçisi artıq oyunçunun menecerləri ilə danışıqlara başlayıb və yayda onu transfer etmək istəyir.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək “Qarabağ”da çıxış edib.

Bənzər xəbərlər