featured-image-48794

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.

Msport.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, seneqallı oyunçunun “Fənərbağça”da çıxış etmək ehtimalı var.

Ali Koç yenidən İstanbul təmsilçisinin prezidenti seçiləcəyi təqdirdə məşhur oyunçunu heyətə cəlb etmək istəyəcək.

Manenin hazırkı klubu ilə ikiillik müqaviləsi mövcuddur.

Qeyd edək ki, o, “Əl-Nəsr”ə “Liverpul”dan keçib.

Bənzər xəbərlər