featured-image-58438

“Sabah”ın hücumçusu Pavel Şafranko “Turan Tovuz” un oyunçusu Denis Marandiçini xəstəxanada ziyarət edib.

Msport.az xəbər verir ki, Azərbaycan kubokunun “Turan Tovuz” – “Sabah” matçında meydan sahiblərinin futbolçusu Marandiçi ağır zədə almışdı. O, təcili-tibbi yardım maşınında meydanı tərk etmişdi.

Qeyd edək ki, moldovalı yarımmüdafiəçinin ayağı məhz Şafranko ilə mübarizədə sınmışdı.

 

Bənzər xəbərlər