featured-image-19521

Şahin Diniyev “Səbail”in yeni baş məşqçisi olacaq.

 Msport.az xəbər verir ki, klub rəhbərliyi bu gün, ya sabah 56 yaşlı mütəxəssislə bir araya gələrək rəsmi müqaviləyə imza atacaqlar.

AFFA Məşqçilər Komitəsinin üzvü olan Diniyev paytaxt klubunu çalışdırmağa prinsipial razılıq verib. Onun qarşısına Azərbaycan kubokunu qazanmaq və Premyer Liqada sonuncu yeri tutmamaq məqsədi qoyulub.  Şahin Diniyevin son klubu “Kəpəz” olub. O, 2017-ci ildə Gəncə klubundan ayrıldıqdan sonra heç bir komandada işləməyib.

Xatırladaq ki, Mahmud Qurbanov dünən “Səbail”in baş məşqçi postundan istefa verib.

Bənzər xəbərlər