Salyan və Şəki komandası azarkeşsiz qaldı
AFFA İntizam Komitəsi iki komandanın ev oyununu azarkeş önündə keçirməsinə qadağa qoyub.
Msport.az xəbər verir ki, Region Liqasında “Salyan” OİK – “Neftçala”, II Liqada isə “Sheki City” – “Şahdağ Qusar” görüşü bitdikdən sonra azarkeşlər kütləvi şəkildə meydana daxil olub.
Təhlükəsizlik tam təmin edilmədiyindən, meydan sahiblərinin növbəti ev oyununu azarkeşsiz keçirməsi qərara alınıb.