“Şamaxı”da 4-cü legioner ayrılığı
“Şamaxı” futbolçusu Vasiliye Radenoviç ilə yollarını ayırıb.
Msport.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi ilə müqavilə müddəti başa çatıb. Klub onunla yeni müqavilə imzalamayıb.
Qeyd edək ki, Radenoviç ötən ilin yayından “Şamaxı”da oynayırdı. “Şamaxı” daha əvvəl Vasiliye Bakiç, Brahim Konate və Leroy Mikelslə də yollarını ayırıb.