“Şamaxı”da ayrılıq
“Şamaxı” futbolçusu Emin Zamanovla vidalaşıb.
Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin yanvarından “Şamaxı”da çıxış edən Zamanov ötən mövsüm komanda ilə I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması ilə ümumilikdə 18 qola imza atıb.