“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırdı
“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, Rauf Rüstəmli məxsus olduğu “Sabah” klubuna qayıdıb.
21 yaşlı yarımmüdafiəçi “şirlər”in heyətində icarə əsasında çıxış edirdi.
Qeyd edək ki, Rauf Rüstəmli 21 yaşlılardan ibarət milli komandamızın üzvüdür.