“Şamaxı”dan daha bir transfer
“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən Msport.az saytına verilən məlumata görə, komanda yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmamızın sabiq üzvü olan futbolçu ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 22 yaşlı oyunçu Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib