“Şamaxı” “Kəpəz”lə qarşılaşacaq
“Şamaxı”nın təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi daha bir rəqibi məlum olub. Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası hazırlığa iyulun 5-də Qəbələdə start verəcək.
“Aslanlar” toplanış zamanı 3-cü yoxlama görüşündə “Kəpəz”lə qarşılaşacaq.
Matç iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.