“Şamaxı”nı Finlandiya klubuna dəyişdi
“Şamaxı”nın sabiq futbolçusu Vasiliye Bakiç Finlandiyanın “İlves” klubuna keçib.
Msport.az xəbər verir ki, bu barədə Tampere təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, serbiyalı futbolçu 2024-25 mövsümündə “Şamaxı”nın heyətində Premyer Liqada 23 matçda 1 qol vurub.