"Şamaxı"nın baş məşqçisi istefa verdi
“Şamaxı” futbol komandasının baş məşqçisi Vüqar Əsgərli istefa verib.
Klubdan Msport.az saytına verilən məlumata görə, mütəxəssis I Liqanın 9-cu turunda evdə “Karvan”a 2:4 hesablı məğlubiyyətdən bu addımı atıb.
Klub rəhbərliyi ilə görüşən çalışdırıcı ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra baş məşqçinin istefası qəbul edilib.
Qeyd edək ki, “Şamaxı” klubu 9 turdan sonra 15 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.