featured-image-21526

“Şamaxı” qış fasiləsi dövründə müdafiənin mərkəzini gücləndirmək istəyib. Adil Nağıyev “Səbail”ə qayıtdıqdan sonra təcili yeni arxa xətt oyunçusuna ehtiyac yaranıb.

Msport.az-ın əldə etdiyi məlumata görə, Cavid Hüseynovun komandası “Neftçi”dən Mert Çelik və “Qarabağ”dan Rahil Məmmədovu icarəyə götürmək niyyətində olub. Lakin danışıqlar uğursuz alınıb.

Həm klublar öz futbolçularını vermək istəməyiblər, həm də oyunçular gedib “Şamaxı”da çıxış etməkdə maraqlı olmayıblar.

Bu səbəbdən “Səbail”lə son görüşdə (2:1) məşqçilər heyəti müdafiənin mərkəzində Cəlal Hüsenyov və Rəhman Daşdəmirovla yanaşı Arsen Ağcabəyova şans verib.

AYXAN 

Bənzər xəbərlər