"Şamaxı" "Sumqayıt"a qarşı - Qəbələdə daha bir oyun
Yeni mövsümə hazırlaşan “Şamaxı” bu gün növbəti yoxlama oyununu keçirəcək. Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası “Sumqayıt”la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Xatırladaq ki, “Şamaxı” son yoxlama matçında “Kəpəz” üzərində 6:1 hesablı qələbə qazanıb.
“Sumqayıt” da son görüşünü Gəncə klubuna qarşı keçirib və 2:1 hesabı ilə üstün olub.







