“Şamaxı” “Zirə” ilə qarşılaşacaq
“Şamaxı” yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirəcək.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi avqustun 9-da “Zirə” ilə qarşılaşacaq. Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılacaq. Matç saat 17:45-də başlayacaq.
Qeyd edək ki, “Şamaxı” bunadək “Qəbələ”yə 1:2 hesabı ilə uduzub, “Karvan”a 2:0, “Sumqayıt””a isə 1:0 hesabı ilə qalib gəlib.