featured-image-21223

“Sumqayıt” qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb.

Klubdan Msport.az saytına verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi Riçard Qadze ilə vidalaşıb.

Ötən ilin oktyabrında Samir Abasovun istəyilə komandaya götürülən 29 yaşlı forvard cəmi 3 ay sonra yola salınıb.

Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.

CAHİD 

Bənzər xəbərlər