featured-image-19875

“Sumqayıt” qış fasiləsində 5 futbolçu ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, Samir Abasov icarədə olan Almir Aqanspahiçin xidmətlərindən imtina edib. Bosniyalı forvard yenidən öz komandasına – “Çukariçki”yə (Serbiya) qayıdıb. Qazaxıstanlı yarımmüdafiəçi Rifat Nurmuqametin də xidmətlərindən imtina olunub.

Bundan başqa, yerli futbolçulardan Xəzər Mahmudov, İbrahim Əliyev və Vüqar Bəybalayev də qış fasiləsindən sonra “Sumqayıt”da çıxış etməyəcəklər.

Xatırladaq ki, buna qədər Araz Abdullayev, Damyan Daniçiç və Ouro-Nil Ture ilə də müqavilə qarşılıqlı razılıqla pozulmuşdu.

Bənzər xəbərlər