featured-image-19824

“Kəpəz” və “Neftçi”nin sabiq futbolçusu Dario Frederiko karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Msport.az saytına daxil olan məlumata görə, braziliyalı hücumameylli yarımmüdafiəçi “Səbail”in maraq dairəsindədir.

Paytaxt klubu 31 yaşlı vingerlə danışıqlar aparır. Tərəflər razılığa gələ bilsələr, təcrübəli oyunçu Antalyada komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Dario Frederiko 2015-2017, 2018-ci illərdə “Kəpəz”də, 2018, 2019-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib.

Bənzər xəbərlər