“Səbail” heyətinə yeni futbolçu qatıb.
Msport.az xəbər verir ki, bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
“Araz-Naxçıvan”da çıxış etmiş Vüsal Şabanov bundan sonra qəsəbə komandasında oynayacaq. 23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.