“Səbail”in şikayəti təmin olunmadı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının bu gün iclası keçirilib.
Msport.az xəbər verir ki, toplantıda “Səbail”in futbolçusu Süleyman Alluşla bağlı şikayətə baxılıb.
Paytaxt təmsilçisinin şikayəti təmin edilməyib. Belə ki, oyunçu Misli Premyer Liqasının XXVI turunda “Zirə” ilə oyundakı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etmiş və 4 matçlıq diskvalifikasiya olunmuşdu. Həmçinin klub 3000 manat cərimələnmişdi.
AFFA İntizam Komitəsinin bu qərarı qüvvədə saxlanılıb.