featured-image-19782

“Neftçi”nin yola saldığı Mamadu Mbodj karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır.

Mspot.az xəbər verir ki, 29 yaşlı seneqallı müdafiəçi “Zirə” ilə danışıq aparır. Tərəflər razılığa gəlsələr, Mbodj qəsəbə klubunun Antalyadakı təlim-məşq toplanəşına yollanacaq. Rəşad Sadıqovun komandası artıq bu gündən qardaş ölkədə hazırlığa başlayıb.

Qeyd edək ki, Mbodj “Zirə”dən əvvəl “Səbail”lə danışıqlar aparıb. Lakin futbolçu ilə klub maaş məsələsində razılaşmayıblar. Düzdür, sonradan Mbodj qiyməti aşağı salsa da, paytaxt klubunda baş məşqçi dəyişikliyi rellaşıb və Mahmud Qurbanovu Şahin Diniyev əvəzləyib. Diniyev isə Adil Nağıyevi “Şamaxı”dan geri qaytarıb və o, qışda çox transferlər olmayacağını bəyan edib. Bundan sonra Mbodjun “Səbail”ə gəlişi məsələsi də bağlanıb.

Bənzər xəbərlər