featured-image-78353

“Şəfa”ya dünən I Liqanın çempionu kimi medallar təqdim olundu. Paytaxt klubu yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.

Msport.az xəbər verir ki, klubda xeyli dəyişikliklər də olacaq. Hələ bir müddət öncə Sərdar Salmanzadə prezident postundan uzaqlaşmışdı.

“Şəfa”nı I Liqada çempionluğa daşıyan baş məşqçi Elgiz Kərəmli də vəzifəsindən ayrılmalı olacaq. Onu “Zirə” Futbol Akademiyasının kordinatoru olan Zaur Həşimov əvəzləyəcək. 44 yaşlı mütəxəssis vaxtilə “Qəbələ”də köməkçi-məşqçi, “Zirə”də baş məşqçi, həmçinin aşağı yaş qrupları üzrə millimizdə də işləyib.

“Şəfa”da direktor postunda isə bir vaxtlar “Zirə”də Rəşad Sadıqovun köməkçisi olmuş Eltun Yaqublu çalışacaq. O, transferlərə məsul əsas şəxs olacaq.

Bənzər xəbərlər