"Səhər saat 6-da bazaya gəldim..." - Premyer Liqada çıxış etmiş forvardın xatirələri
Argentina millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Karlos Teves Kriştiano Ronaldo ilə bağlı xatirələrini bölüşüb.
Msport.az xəbər verir ki, 2007-ci ilin avqustundan 2009-cu ilin avqustuna kimi “qırmızı şeytanlar”ın heyətində portuqaliyalı futbolçu ilə birgə çıxış edib:
“Mən hətta səhər 07:30-da məşqə gələndə Ronaldo artıq orda olurdu. Öz-özümə sual verdim ki, bu oğlandan necə qurtula bilərəm? Bir gün səhər 6-da bazaya gəldim. Yuxulu olsa da, amma yenə də Ronaldo hamıdan tez ora gəlmişdi”.
Xatırladaq ki, Ronaldo “Mançester Yunayted”də 2003-2009 və 2021-2022-ci illərdə çıxış edib.