featured-image-67587

İrlandiyanın “Şelburn” klubunun baş məşqçisi Co Obrayn Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün Dublində “Qarabağ”a qarşı keçiriləcək ilk oyunu ilə bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, Azərbaycan çempionu ilə görüşdən gözləntilərini bölüşüb:

“Qarabağ” meydanda dominantlıq etməyə çalışacaq. Ayıq-sayıq olmalıyıq. “Qarabağ”da bizim üçün problem yarada biləcək oyunçular var və biz bunu aydın şəkildə qəbul etməli, hazır olmalıyıq. Kağız üzərində favorit olan komandaya qarşı meydana çıxacağıq. Futbol sehrdən ibarətdir: 90 dəqiqə mübarizə aparıb sonluğa baxırsan. Biz şansımızı belə dəyərləndiririk”.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bənzər xəbərlər