featured-image-83992

“Mançester Yunayted” “Atletiko”nun üzvü Culiano Simeoneyə maraq göstərir.

Msport.az xəbər verir ki, transferin yanvarda baş tutması real görünmür.

“Mançester Yunayted” 23 yaşlı argentinalı hücumçunu diqqətdə saxlayır, amma qış transfer pəncərəsində bu keçidin baş tutması ehtimalı aşağıdır.

Futbolçunun atası və baş məşqçisi Dieqo Simeone onu komandanın əsas planlarının bir hissəsi kimi görür.

Bundan əlavə, “Yunayted”in yanvar ayındakı əsas prioritetinin hücum xətti yox, müdafiəni gücləndirmək olduğu bildirilir.

Bənzər xəbərlər