featured-image-67882

“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Msport.az xəbər verir ki, komandanın qitənin ən nüfuzlu klub turnirindəki növbəti rəqibi “Şkendiya” olacaq.

Şimali Makedoniya təmsilçisi II təsnifat mərhələsində Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırıb – 1:0, 2:1. “Qarabağ” avqustun 5-də və ya 6-da keçiriləcək ilk oyuna səfərdə çıxacaq. Ev qarşılaşması isə avqustun 12-də keçiriləcək.

Qeyd edək ki, ağdamlılar II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gəlib – 3:0, 1:0.

Bənzər xəbərlər