SON DƏQİQƏ: "Mançester Siti"ni ciddi sanksiya gözləyir
İngiltərə Premyer Liqasının mətbuat xidməti “Mançester Siti” klubu ilə bağlı açıqlama yayıb.
Msport.az xəbər verir ki, müstəqil komisiya “şəhərlilər”in maliyyə qaydalarını pozmasl ilə bağlı bütün ittihamlarda təqsirli bilindiyini bildirib:
“Müstəqil kommisiya “Mançester Siti” klubunun 9 mövsüm ərzində Premyer Liqanın maliyyə qaydalarının ciddi şəkildə pozulması ilə bağlı bütün ittihamlarda, eləcə də klubun liqanın istintaqı ilə əməkdaşlıq etməməsi ilə bağlı bütün ittihamlarda təqsirli bilinib.
Müstəqil Kommisiya müəyyən edib ki, 2009-2010-2017-2018 mövsümləri arasında “Mançester Siti” bir sıra kommersiya tərəfdaşları ilə saxta müqavilələr bağlayıb (tərəflər arasında əsl razılaşmanı təhrif edən), həmçinin klubun gəlirlərini süni şəkildə şişirtmək və xərclərini azaltmaq üçün saxta müqavilələrə əsaslanıb.
Klub qeyri-dəqiq maliyyə məlumatları təqdim edib və əsl maliyyə vəziyyətini auditorlardan və futbol tənzimləyicilərindən gizlədib.
“Mançester Siti” həm Premyer Liqa, həm də UEFA xərc limitlərini əhəmiyyətli dərəcədə aşıb. Premyer Liqa araşdırması zamanı liqaya qarşı əməkdaşlıq və vicdanla hərəkət etmək öhdəliklərini pozub (iddi edilən dörd pozuntudan üçü sübut olunub)”.
Bəyanatda həmçinin vurğulanır ki, sanksiyalar məsələsinə əlavə dinləmədə ayrıca baxılacaq. “Mançester Siti”nin müstəqil kommisiyanın qərarlarından şikayət etmək hüququ var, klub bunu oktyabrın 2-dək etməlidir.







