"Sumqayıt" - "Araz Naxçıvan" oyununda bərabərlik
Bu gün Azərbaycan Premyer Liqasında 21-ci turun daha iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib.
Günün ikinci matçında isə “Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Beləliklə, turnir cədvəlində “Sumqayıt” xalını 22-ə çatdıraraq 6-cı yerdə möhkəmlənib. “Araz-Naxçıvan” isə 43 xalla 2-ci yerdədir.
Qeyd edək ki, tura sabah Zirədə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
21-ci tur
1 fevral
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” – 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “Turan Tovuz” – “Səbail” – 1:1
Qol: Alexandro Serrano, 29 (1:0), Madi Queta, 82 (1:1)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu.
2 fevral
19:00. “Zirə” – “Qarabağ”
31 yanvar
“Kəpəz” – “Sabah” – 3:2
“Neftçi” – “Şamaxı” – 1:0
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 20 | 16 | 2 | 2 | 51-11 | 50 |
2 | Araz-Naxçıvan | 21 | 13 | 4 | 4 | 23-15 | 43 |
3 | Zirə | 20 | 11 | 3 | 6 | 31-17 | 36 |
4 | Turan Tovuz | 21 | 9 | 9 | 3 | 29-22 | 36 |
5 | Sabah | 21 | 6 | 10 | 5 | 30-28 | 28 |
6 | Sumqayıt | 21 | 6 | 4 | 11 | 15-28 | 22 |
7 | Neftçi | 21 | 4 | 9 | 8 | 19-30 | 21 |
8 | Kəpəz | 21 | 5 | 2 | 14 | 20-46 | 17 |
9 | Şamaxı | 21 | 4 | 5 | 12 | 19-29 | 17 |
10 | Səbail | 21 | 4 | 4 | 13 | 20-31 | 16 |
Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) – 8 qol
Felipe Santos (“Araz Naxçıvan”) – 8 qol
Davit Volkov (“Zirə”) – 7 qol
Leandro Anderade (“Qarabağ”) – 7 qol