"Sumqayıt"dan daha bir transfer
Yeni mövsümə hazırlığı davam etdirən “Sumqayıt” heyətinə daha bir futbolçu cəlb edib. Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Abdul Raşid Mumini ilə anlaşıb.
20 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Beninli futbolçu yeni komandası 25 nömrəli formada çıxış edəcək.