featured-image-78796

“Sumqayıt”ın sabiq baş məşqçisi Saşa İliç yenidən vətənində işləyəcək.

Msport.az “Mozzart Sport”a istinadə xəbər verir ki, 48 yaşlı mütəxəssis “Partizan”ın “sükanı” arxasına keçəcək.

Belqrad klubunun əfsanəsi hesab olunan İliç 19 mövsüm bu komandanın formasını geyinib. O, bir müddət əvvəl istefaya göndərilən Srdjan Blaqoyeviçi əvəzləyəcək.

Onun “Partizan”a gəlməsində vaxtilə bir komandada oynadığı klubun baş meneceri Danko Lazeviç böyük rol oynayıb.

2019-cu ildə futbolçu karyerasını başa vuran İliç məşqçiliyə başlayıb. O, Serbiyanın müxtəlif yaş qrupları üzrə milli komandalarında köməkçi, sonradan isə “Çukariçki”, “ÇSKA Sofiya”, “Atromitos”, “Pari Nijni Novqorod” və “Sumqayıt”da baş məşqçi işləyib.

İliç “Partizan”da 11 dəfə Serbiya çempionu olub və 2 dəfə Çempionlar Liqasının qrupunda çıxış edib.

 

 

Bənzər xəbərlər