featured-image-61793

“Sumqayıt” yeni transferini açıqlayıb.

Klubdan Msport.az-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi Özbəkistanın “Nasaf” klubunda çıxış etmiş Bobur Abdikholikov ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.

27 yaşlı hücumçu 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Bobur Abdikholikov karyerası ərzində Özbəkistanın “Nasaf”, Ukraynanın “Rux” (Lvov), Belarusun “Energetik” (Minsk) və Qazaxıstanın “Ordabası” klublarının şərəfini qoruyub.

Özbəkistan millisinin futbolçusu adıçəkilən ölkənin U-19, U-22 və U-23 millilərində də çıxış edib.

Bənzər xəbərlər