“Sumqayıt”ı Qazaxıstan klubuna dəyişdi
“Sumqayıt”dan ayrılan Alan Dias özünə yeni iş yeri tapıb.
Msport.az xəbər verir ki, müdafiəçi “Ordabasi”yə keçib.
Bu barədə Qazaxıstan klubunun mətbuat xidməti məlumat yayıb. Dias ilə müqavilə ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, Alan 2024-cü ilin avqustundan 2025-ci ilin iyununa kimi “Sumqayıt”ın formasını geyinib. O, Premyer Liqada 16 oyunda meydana çıxıb.