"Sumqayıt"dan qələbə, "Qəbələ"-"Araz-Naxçıvan" oyununda bərabərlik
Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tur start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
“İmişli” Qubada Sumqayıt”ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində Ramalinqom dubl edib. Bundan başqa, Saşa İliçin komandası penaltidən yararlana bilməyib.
Günün digər oyununda “Qəbələ” doğma divarlar arasında “Araz-Naxçıvan”la qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
25 aprel (şənbə)
25 aprel (şənbə)
18:30. “Qəbələ” – “Araz-Naxçıvan” – 1:1
Qol: Ömər Buludov, 76-avtoqol (1:0), İssuf Paro, 83 (1:1)
Qəbələ şəhər stadionu
16:00. “İmişli” – “Sumqayıt” – 0:2
Qollar: Aleksandr Ramalinqom, 34, 85
Ninkoviç, 66-cı dəqiqədə penaltini yerinə yetirə bilməyib.
26 aprel (bazar)
16:00. “Şamaxı” – “Kəpəz”
19:00. “Neftçi” – “Qarabağ”
27 aprel (bazar ertəsi)
18:00. “Turan Tovuz” – “Zirə”
20:00. “Sabah” – “Karvan-Yevlax”







