“Sumqayıt”ın hücumçusu “Karvan-Yevlax”da
“Karvan-Yevlax” növbəti transferini həyata keçirib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Uğur Cahangirovla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı hücumçu son olaraq “Sumqayıt” klubunda forma geyinib.