"Sumqayıt"ın məşqçisi hakimləri təhqir etdi, ağır cəza aldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Msport.az xəbər verir ki, hakimləri təhqir edən məşqçiyə ağır cəza verib.
Dekabrın 1-də Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyununda qalmaqal yaşanıb. Belə ki, meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdib. AFFA İntizam Komitəsi ona 5 oyunluq cəza verib.
AFFA U-14 Liqasında keçirilən “Çinar” –”Azəri” oyununda isə “Çinar”ın baş məqşçisi Elçin Quziryani hakimlər briqadasını təhqir etməklə yanaşı, texniki zona qaydalarını pozduğu, həmçinin referilərə fiziki təzyiq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığına görə 5 oyun diskvalifikasiya edilib.