featured-image-21362

“Sumqayıt” daha bir transferini təqdim etdi. “Gənclik şəhəri” təmsilçisi bu dəfə qanalı Karim Abubakarla 5 ay+1 il müddətinə müqavilə bağladı. 27 yaşlı hücumçu son olaraq İsrailin “Bney Yehuda” klubunda çıxış edib.

Görünən odur ki, Samir Abasov da Aleksey Baqanın səhvlərini təkrar etməkdədir. İndiki dövrdə yaxşı futbolçu niyə 5 aylıq müqaviləyə gəlsin ki? Özünü peşəkar hesab edən klublar adətən fuftbolçu ilə ən pis halda 1-2 illik anlaşırlar.

Bu Abubakar da axırda Qadze, Daniçiç, Çabi, Nurmuqamet kimi çempionatın axırında göndərilməsə, yaxşıdır. Əslində hücumçunun normal statistikası da yoxdur. Onun son klubu “Bney Yehuda” İsrailin səviyyəcə ikinci liqası olan Liqa Leumitdə çıxış edib. Qanalı forvard həmin çempionatda 52 oyuna cəmi 13 qol vurub.

Karim İspaniyada isə heç vaxt La Liqa-2-də (Sequnda) oynamayıb. O, daha çox “Alxesiras”da forma geyinib (29 oyun, 4 qol).

Bir sözlə,  Samir Abasov “Zirə”də legionerlərlə bağlı yol verdiyi səhvləri “Sumqayıt”da təkrarlayır. Yadınızdadırsa, o, qəsəbə klubunda işləyərkən ən çox əcnəbi futbolçuların seçiminə görə tənqid olunurdu. Maraqlıdır ki, həmin əcnəbilər “Zirə”dən ayrıldıqdan sonra ya karyeralarını bitirdilər, ya da Azərbaycan Premyer Liqasından xeyli aşağı səviyyəli çempionatlara yolllandılar.

AYXAN 

Bənzər xəbərlər