featured-image-67049

Yeni mövsümün hazırlıqlarına dünən start verən “Sumqayıt” məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.

Msport.az xəbər verir ki, ayın 25-də Qəbələyə yola düşəcək komanda hazırlıqların ikinci mərhələsini orada davam etdirəcək.

Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı hələlik bəlli deyil.

Bənzər xəbərlər