featured-image-57889

Region Liqasının debütantı “Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, klub “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Murad Rəhimlini transfer edib.

22 yaşlı yarımmüdafiəçi “kimyaçılar”ın 10-19 yaş arası bütün yaş qruplarında, o cümlədən əvəzedici heyətində də oynayıb.

Qeyd edək ki, Rəhimli Azərbaycanın U-16, U-17 və U-19 yığmalarına da çağırılıb.

Bənzər xəbərlər