featured-image-63555

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt”ı qəbul edəcək “Araz-Naxçıvan” meydana ideal heyətlə çıxa bilməyəcək.

Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin heyətində ciddi itkilər var.

Belə ki, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə, Miço Kuzmanoviç və Əyyub Allaş bugünkü görüşü buraxmalı olacaqlar. Buna səbəb onların zədədən əziyyət çəkmələridir. Digər zədəlilər Sezar Meza Kolli və İssuf Paronun da iştirakı sual altındadır.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” matçı saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər