“Sumqayıt” qvineyalı hücumçu aldı – RƏSMİ
Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” heyətini hücumçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Gürcüstanın “Torpedo” (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər sözləşmə imzalayıb.
Tibbi yoxlanışdan uğurla keçən 27 yaşlı futbolçu “Sumqayıt”ın heyətində “11” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Momo Yansane karyerası boyunca “Torpedo” ilə yanaşı “Nijni Novqorod” (Rusiya), “Şerif” (Moldova), “Riyeka” (Xorvatiya) kimi klublarda çıxış edib. O, Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.