"Sumqayıt" Saşa İliçlə vidalaşdı - RƏSMİ
“Sumqayıt” baş məşqçisi Saşa İliçlə vidalaşıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı mütəxəssisin müqavilə müddəti başa çatıb və onunlar yollar ayrılıb. “Sumqayıt” İliçin rəhbərliyi altında çempionatı 7-ci yerdə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.







