"Sumqayıt" yeni transfer edib, "Karvan"a icarəyə verdi
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi fransalı müdafiəçi İmani Barker ilə 4 illik müqavilə imzalayıb. 22 yaşlı oyunçu mövsümün sonuna qədər “Karvan-Yevlax” klubuna icarəyə verilib.
Qeyd edək ki, “Sumqayıt” FK heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə və Nikola Ninkoviç, Abdul Raşid Mumini, Masaki Murata və Keffel Resende ilə gücləndirib.