featured-image-84050

“Qalatasaray”ın əsas futbolçularından olan Barış Alper Yılmaz Superliqanın IX turunda “Fənərbağça” ilə oyunu buraxa bilər.

Msport.az xəbər verir ki, oyunçu Fransada “Lill”ə qalib gəldikləri matçda (4:2) ayağındakı ağrılara rəğmən, meydana çıxıb.

Qarşılaşmadan sonra onun ağrıları artıb. Futbolçu ilə bağlı yekun qərar əlavə tibbi müayinələrdən sonra veriləcək.

Qeyd edək ki, “Qalatasaray” – “Fənərbağça” oyunu oktyabrın 26-da keçiriləcək.

Bənzər xəbərlər