“Turan Tovuz”un futbolçusu “Sabah”ın baş məşqçisindən danışdı
“Təəssüf ki, Berezutski ilə görüşmək imkanım olmayıb”.
Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”un rusiyalı futbolçusu Anton Kraçkovski ölkəsinin mətbuatına açıqlamasında deyib.
22 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”la keçirilən oyundan sonra rəqibin baş məşqçisi olan həmyerlisi Vasili Berezutski ilə görüşmədiyini bildirib.
O, Berezutski barədə müsbət fikirlər səsləndirib: “Onu oyundan əvvəl və ya sonra görmədim. Berezutskinin çox güclü məşqçi olmaq üçün yaxşı perspektivləri var. O, ən yüksək səviyyədə oynayıb, ona görə də futbolun necə işlədiyini bilir. Onun böyük gələcəyi var”.
Qeyd edək ki, Anton Kraçkovskinin ehtiyatda qaldığı matçda “Turan Tovuz” 1:2 hesabı ilə məğlub olub. O, ötən ay Mahaçqala “Dinamo”sundan 6 aylıq icarəyə götürülüb.