featured-image-61985

Azərbaycan Premyer Liqasında XXIV turdan təxirə salınmış “Zirə” – “Kəpəz” oyunu bu gün keçiriləcək.

Msport.az xəbər verir ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Görüş saat 16:00-da başlayacaq. Bununla da tura yekun vurulacaq.

Hazırda “Zirə” 42 xalla üçüncü pillədə qərarlaşır. 9-cu yerdə gedən “Kəpəz”in isə aktivində 19 xal var.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib. “Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər