featured-image-59458

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının XIX turunda “Kəpəz”lə oyuna itkilərlə çıxacaq.

Msport.az xəbər verir ki, bölgə təmsilçisinin iki oyunçusu cəzalıdır.

Bunlar Aleks Souza və Şəhriyar Əliyevdir.

Onlar XIX turun “Kəpəz”lə matçını sarı vərəqə limitinə görə buraxacaqlar. Şəhriyar 8, Aleks 4 xəbərdarlıq aldığı üçün XX turu gözləyəcək.

Qeyd edək ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşması yanvarın 19-da keçiriləcək.

Bənzər xəbərlər