featured-image-60941

“Turan Tovuz” hücumçusu Otto Conla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nigeriyalı forvard karyerasını Liviyada davam etdirəcək. Belə ki, Premyer Liqa təmsilçisi 27 yaşlı futbolçunun “Al Madina” klubuna keçidinə razılıq verib.

Qeyd edək ki, 2023-cü ilin yayından “Turan Tovuz”un formasını geyinən Otto Con bu klubun heyətində 56 oyunda 16 qol vurub.

Bənzər xəbərlər